PROQRAM HAQQINDA
GƏLƏCƏYİN LİDERLƏRİNİ SEÇİRİK
“GəncLİK” (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramı potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir.
Proqram bir-biri ilə əlaqəli 4 əsas komponentdən ibarətdir:
SEÇİM MƏRHƏLƏLƏRİ
Proqramda iştirak etmək üçün namizədlər 4 mərhələli seçim prosesindən keçəcəklər. Seçim mərhələlərində özünü ən yaxşı tərəfdən göstərən gənclər gələcəyin lideri olmaq imkanı əldə edəcək.
ƏRİZƏ QƏBULU
Bu mərhələdə iştirakçılar online ərizə ilə proqrama müraciət edə bilərlər.
TEST İMTAHANI
30 sualdan 15-nə doğru cavab verən namizədlər test imtahanı mərhələsini keçmiş hesab olunacaqlar.
VİDEO MÜRACİƏT
Video-müraciət mərhələsində 2 dəqiqəlik video çəkilərək komisiyaya göndərilir.
FƏRDİ İNTERVYU
Bütün mərhələləri keçmiş namizədlər fərdi olaraq müsaibələrə dəvət olunacaqlar.