Proqrama seçilmiş gənc liderlərlərə individual və kiçik qruplar şəkilində seanslar keçiriləcəkdir. Gənc liderlərlərdən komandalar formalaşdırılacaq və brendinq olunmuş komandalara mentor təhkim olunacaqdır.
KOUÇİNQ
Proqram müddətində kouçlar tərəfindən hər bir iştirakçı üçün fərdi inkişaf və fərdi karyera planının hazırlanması nəzərdə tutulmuşdur. Bununla yanaşı kouçlar tərəfindən mütəmadi olaraq gənc liderlərin 360 qiymətləndirilməsi aparılacaqdır. Onların fərdi və karyera inkişafı qiymətləndirilərək, onlara konsultasiyalar təqdim olunacaqdır.
MENTORİNQ
Bu komponentə əsasən gənc liderlərlərdən komandaların formalaşdırılması nəzərdə tutulmuşdur. Formalaşdırılacaq hər bir komandanın adı, devizi və loqotipi olacaqdır.
Proqram gedişatında komandalar “GəncLİK Çağırışı”nda iştirak edəcək – xüsusi tapşırıqları icra etdikcə, təlim-tədbir proqramında iştirak etdikcə və müxtəlif komanda quruculuğu oyunlarına qoşulmaqla xallar əldə edəcəkdir. Mütəmadi olaraq daha çox xal toplayan komanda üzvləri həvəsləndirici hədiyyələr qazanacaqdır.
Mentorlar tərəfindən komanda üzvlərinin fərdi qiymətləndirilməsi aparılaraq müxtəlif mərhələlər çərçivəsində hazırlıqları təşkil ediləcəkdir.