LİDER KİMDİR?
Lider təşkilatda yüksək nüfuza malik olan, şəxsi keyfiyyətləri ilə bütün təşkilat üzvlərinə təsir edə biləcək şəxsdir. Lider anlayışının tarixi qədim zamanlara söykənir. Belə ki, bir çox mütəfəkkirlər onun mənasını izah etməyə çalışmışlar. Məsələn, Plutarx, Herodot liderləri, sərkərdələri tarixi fəaliyyətin mərkəzində dayanan simalar kimi qələmə vermişlər. Makiavelli hökmdar obrazından danışarkən qeyd edirdi ki, onun üçün məqsəd hər şeydən öndə dayanır. Nitşse liderlikdən bəhs edərkən qeyd edirdi ki, o böyük həyati qüvvəyə və hakimiyyət iradəsinə malikdir.
Bu gün “Lider” sözü bir neçə təfsir almışdır: müsabiqədə ön sıralarda nəticə göstərən, həyatda müvəffəqiyyətli olan, bir qrup məşhur, dövlət başçısı olan və s.
Lakin, ilk növbədə, lideri öz məqsədlərini və məqsədlərini yerinə yetirmək üçün nəzarət etmək, motivasiya etmək və özünü yönəltməyi öyrənmiş şəxsdir.
Belə bir sual meydana gəlir: Niyə insanların bəziləri lider ola bilir, bəziləri ola bilmir?!
Bəli, əslində istənilən şəxs lider ola bilməz çünki liderə məxsus olan xüsusi əlamətlər var: Itiağıllılıq, enerjilik, möhkəm iradə, təşkilatçılıq qabiliyyəti, səriştəlilik, məsuliyyətə cavabdehlik, uzaqgörənlik, natiqlik məharəti, nəzakətlilik, yumor hissi, zahiri görkəm və s. Bütün bunlar müasir lideri səciyyələndirən keyfiyyətlərdir.
Elə adam var ki, kütləni yaxşı idarə edir amma gündəlik işdə liderliyə yaramır. Elə şəxs də var ki, şəxsi münasibətdə insanları öz arxasınca apara bilir, ancaq kütlə qarşısında çıxış edərkən özünü itirir. Bir başqası elmi kollektivə başçılıq edir, amma partiya rərhbəri olmağa gücü çatmır.
Liderlikdən bəhs edərkən qeyd etmək lazımdır ki, əslində liderlik nisbi anlayışdır. Lideri tipinə görə iki qrupa ayırmaq olar: Formal və qeyri-formal liderlər.Formal lider tipinə o şəxslər aid edilir ki, onlar insanları mövcud qayda və nizamnamələrə uyğun idarə edirlər.
Qeyri-formal liderlik isə insanların müxtəlif qarşılıqlı şəxsi münasibətləri, onların öz seçdiklərinə simpatiyası əsasında meydana gəlir.
Əsl liderlik keyfiyyətinə malik olan şəxs insanların ümumi maraqlarını, fikirlərini nəzərə alaraq ümumi işi daha səmərəli təşkil etməyə çalışmalı, onların sərbəst fəaliyyəti üçün müəyyən imkanlar yaratmalıdır.