Proqrama müraciət etməzdən əvvəl seçim meyarları, seçim mərhələləri və qeydiyyat üçün video təlimatı izləməniz zəruridir. Qeydiyyatdan keçmək üçün ərizə formasında təqdim olunan sualları tam,  düzgün cavablandırmağınız və CV formanızı yükləməyiniz mütləqdir.

 

Proqramda iştirak etmək üçün namizəd aşağıdakı tələblərə cavab verməlidir:

  • 27 yaşa qədər Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  • Bakalavr təhsilini başa vurmalıdır (ərizə qəbulu vaxtı sonuncu kursda təhsil alanlarda müraciət edə bilər);
  • Azərbaycan dilini səlis, ingilis dilini isə yaxşı bilməlidir (digər xarici dil bilikləri arzu olunandır);
  • İctimai aktiv və təşəbbüskar olmalıdır;
  • Liderlik potensialına malik olmalıdır.

 

Proqrama seçim qaydaları aşağıdakı meyarlara əsasən aparılacaqdır:

Xarici dil biliyi qənaətbəxş olmalı; təhsil göstəriciləri qənaətbəxş olmalı; Microsoft ofis proqramları ilə işləməyi bacarmalı; sosial, ictimai, könüllülük fəaliyyətlə məşğul olmalı; layihədə iştirakla bağlı aydın, əsaslı hədəf və planları olmalı; növbəti 5 il üçün karyera hədəfləri olmalı.

Qeyd: Beynəlxalq layihələrdə iştirakı və ictimai sektorda aktiv fəaliyyəti olanlara üstünlük  veriləcək.

Test sualları ümumidünya görüşü, Azərbaycan tarixi və qanunvericilik və psixoloji testlərdən ibarət olacaq. Testin nəticələri bal sistemi əsasında müəyyən olunacaq.

Bu mərhələdə namizədlər Seçim Kommisiyası tərəfindən fərdi şəkildə müsahibəyə dəvət olunullar.

Bütün mərhələləri uğurla keçmiş namizədlər panel müsahibəsinə dəvət olunacaqlar. Müsahibədə yaxşı nəticə göstərmiş namizədlər proqrama qatılmaq hüququ əldə edəcəklər.