15 oktyabr 2019-cu il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzində “GəncLİK” proqramının “Komanda quruculuğu” adlı ilk təlimi baş tutub. “Resume A-dan Z-yə kimi” adlı kitabın müəllifi, təlimçi və kouç Toğrul Ələkbərov tərəfindən keçirilən təlim zamanı gənc liderlərimiz komanda nədir?, komandanın əsas xüsusiyyətləri, ünsiyyətin vacibliyi, komanda daxilində lider seçiminin önəmi və s. mövzularında müzakirələr edib.

Qeyd edək ki, növbəti 3 ay ərzində gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri baş tutacaq.