Həftəsonu GəncLİK Proqramının iştirakçıları Şamaxıya səfər edib və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə görüşüblər. Görüş zamanı İcra başçısı dövlətin regionlara qayğısı, yerli əhalinin problemlərin həllində yeni metodların axtarışı, gənclərin təhsil və elmə həvəsləndirilməsi haqqında gənclərlə fikirlərini bölüşüb.

Səfər çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edən liderlər astronomik muzey və teleskoplarla yaxından tanış olub, rəsədxananın fəaliyyəti və səma cisimləri haqqında ətraflı məlumatlandırılıblar. Daha sonra Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş kompleksin istehsalat prosesini əyani şəkildə müşahidə ediblər.