14 noyabr 2019-cu il tarixində “GəncLİK” proqramı çərçivəsində “Qərarvermə” mövzusunda təlim keçirildi.

Təlim gənclərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli tərəfindən təqdim olundu. Təlimdə o, iş mühitində effektiv qərarvermə, qərarvermə prosesinə təsir göstərən meyarlar, vaxtında və düzgün qəbul edilən qərarın səmərəliyi barədə öz təcrübələrini gənc liderlərlə bölüşüb.