23 noyabr 2019-cu il tarixində gənc liderlər KOBİA-nın sədr müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent, işgüzar inkişaf yazarı Nadir Adilov ilə səmimi səhər yeməyində bir araya gəlib və geniş fikir mübadiləsi aparıblar.
Görüş zamanı Nadir Adilov biznesin inkişafı üçün ölkədə mövcud imkanlardan və bu istiqamətdə görülən tədbirlərdən danışıb, müəllifi olduğu kitablar barədə məlumat verib. Həmçinin gənc liderlərə gələcək fəaliyyətləri ilə bağlı öz tövsiyələrini bildirib.