19 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdirləri İrfan Davudov və Həmid Nəsibov “Gənclər siyasətinin mahiyyəti və əsas istiqamətləri” mövzusunda gənc liderlərlə fikir mübadiləsi apararaq Cənab Prezident İlham Əliyevin dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırdığı gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfələrdən söhbət açıblar.

Görüş zamanı ölkəmizdə gənclər üçün mövcud geniş imkanları qeyd edən İrfan Davudov və Həmid Nəsibov gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, bacarıqla mümkün olduğunu vurğulayıb və gəncləri hər bir sahədə fəal olmağa dəvət ediblər.