7 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə gənc liderlərin qeyri-formal görüşü baş tutub.

Görüş zamanı Hikmət Hacıyev diplomatiya və xarici siyasətin bir-biri ilə sıx bağlılığından, münaqişələrin dinc vasitələrlə nizama salınmasında diplomatiyanın vacibliyindən, diplomata lazım olan peşəkar biliklər və şəxsi keyfiyyətlərdən söz açıb.

Daha sonra diplomatiya, xarici siyasət və liderlik sahəsində gənc liderləri maraqlandıran sualları cavablandıran Hikmət Hacıyev ölkəmizin xarici siyasətinin gündəliyində olan məsələləri və bu sahədə ciddi uğurlara imza atıldığını vurğulayıb.