3 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərovla gənc liderlərin görüşü keçirilib.
Görüş zamanı Komissiyanın katibi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müvafiq sahədə həyata keçirilən institusional və qanunvericilik islahatları barədə məlumat verib.
Kamal Cəfərov, eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində icra edilən dövlət proqramları, beynəlxalq təşəbbüslərdə aktiv iştirak haqqında məlumat verib. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilir.
Sonda Komissiyanın katibi proqram iştirakçılarını maraqlandıran sualları cavablandırıb.