14 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasında sektor müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov gənc liderlərlə səhər yeməyində bir araya gəlib.
Görüş zamanı Çingiz Əsgərov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi istiqamətində görülən işlər və verdiyi töhfələri xüsusi vurğulayıb. Daha sonra gənc liderlərlə komanda quruculuğu, idarəetmədə liderliyin xüsusiyyətləri, region gənclərinin inkişafı istiqamətində aparılan islahatlar, eyni zamanda Avropa və Azərbaycan məhkəmələrinin strukturu haqqında müzakirələr aparıb.
Sonda Çingiz Əsgərov uğurlu cəmiyyət üçün gənc liderlərin yetişməsində “GəncLİK” proqramının xüsusi önəmini qeyd edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.