15 fevral 2020-ci il tarixində gənc liderlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Masallı rayonunda görüşü baş tutub. Görüş zamanı Ülvi Mehdiyev Dövlət Agentliyinin daima gənclərin inkişafına dəstəyini qeyd edib, ASAN könüllülərinin bu sahədə keçirdiyi layihələr və proqramlar haqqında danışıb. Dövlət Agentliyinin sədri, həmçinin öz peşəkar fəaliyyəti haqqında iştirakçılara məlumat verib, gənc liderləri maraqlandıran müraciətləri, ideya və təklifləri dinləyib. Səfər çərçivəsində liderlər Masallı “ASAN Həyat” kompleksi ilə tanış olub, Dövlət Agentliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” və ASAN könüllülərinin fəaliyyəti ilə bağlı təqdimatda da iştirak ediblər