18 yanvar 2020-ci ildə gənc liderlər “Bakı Beynəlxalq Ticarət Limanı” QSC-nin qonağı olub və qurumun rəhbəri Taleh Ziyadovla görüşüblər.

Taleh Ziyadov görüş zamanı İpək Yolunun bərpasının ölkəmizin tranzit potensialının artırılmasına təsirindən, Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsindən, Limanın ölkəmiz üçün əhəmiyyətindən, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə yaratdığı şəraitdən danışıb. Həmçinin Ələt Azad İqtisadi Zonasının Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi dövlətlər üçün Bakı Limanının rolunu artırdığını vurğulayıb.

Daha sonra gənc liderlər Limanın ərazisi ilə tanış olub, iş prinsipi və müasir tələblərə cavab verən Liman İdarəetmə və İnformasiya Sistemi haqqında ətraflı məlumatlandırılıblar.