21 dekabr 2019-cu il tarixində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə gənc liderlərin səmimi görüşü baş tutub.
Görüş zamanı o, əsasən gənc liderlərə enerji təhlükəsizliyi, enerji strategiyaları və qlobal enerji layihələrinin Azərbaycanın beynəlxalq nüfuzuna təsirindən söz açıb. Həmçinin liderlik, uğurlu karyeraya sahib olmaq və işgüzar inkişaf ilə bağlı gənclərə öz tövsiyələrini verib.
Gənc liderləri maraqlandıran sualları cavablandırdıqdan sonra Bəxtiyar Aslanbəyli onlarla xatirə şəkli çəkdirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.