“GəncLİK” proqramında bir-birindən faydalı görüşlər davam edir!

25 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə gənc liderlərin görüşü baş tutub.

Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasətinin önəminə toxunaraq, ölkəmizdə gənclərin təhsili, işlə təmin olunması, inkişafı, dünyaya inteqrasiya etməsi, eyni zamanda milli dəyərlərə malik olan vətəndaş kimi tərbiyə almaları istiqamətində mühüm işlər görüldüyünü bildirib.

Daha sonra DQİDK sədri Komitənin fəaliyyət istiqamətləri, Azərbaycanda mövcud olan dini durum, dinlərin mahiyyəti və prinsipləri haqqında ətraflı məlumat verib. Bildirib ki, dünyəvi dövlət olan Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir. Ölkəmizdə bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyət və adət-ənənələrini qoruyub saxlamasına, inkişaf etdirməsinə hər cür şərait mövcuddur.

Gənclərə gələcək fəaliyyətində uğurlar arzulayan DQİDK sədri sonda onları maraqlandıran sualları cavablandırıb.