Azərbaycan Gəncləri günü ərəfəsində-1 fevral 2020-ci il tarixində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə gənc liderlərin görüşü keçirilib.
Gömrük orqanlarının ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinə daim töhfə verməyə çalışdığını vurğulayan Səfər Mehdiyev bildirib ki, gömrük işinin təşkilinin bütün sahələrində gənclərə xüsusi yer verilir, onların potensialının üzə çıxarılması, bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirilir.
Daha sonra gömrük orqanlarının fəaliyyəti, bu sistemində aparılan islahatlar və onların mahiyyəti, iqtisadiyyatımızın inkişafı, ixrac və tranzit potensialımızın artırılmasında gömrük xidmətinin rolu barədə gənc liderləri məlumatlandıran Səfər Mehdiyev, sonda onları maraqlandıran sualları ətraflı cavablandırıb.
Görüşdən sonra gənclər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin iş fəaliyyəti ilə yaxından tanış olublar.