19 oktyabr 2019-cu il tarixində gənc liderlərin Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüşü keçirilib.

“İdarəetmə və kommunikasiya” mövzusunda çıxış edən Vüsal Hüseynov qərar qəbuletmə, komanda ilə işləmə, kreativlik və innovativlik, sosial şəbəkələrdə aktivlik, informasiya mübadiləsi, məlumatların dolğun və düzgün çatdırılması ilə bağlı fikirlərini diqqətə çatdırıb, o cümlədən liderlik qabiliyyətlərinin artırılması və peşəkar vərdişlərin aşılanması haqqında gənclərə tövsiyələrini verib.

Sonda Xidmət rəisi proqram iştirakçılarını maraqlandıran sualları cavablandırıb və gənclərlə müzakirələr aparıb.