28 noyabr 2019-cu il tarixində “Azərsun Holdinq”in İşə Qəbul Şöbəsinin Müdiri, kouç Elçin Əzimlinin təqdimatında “Emosional intellekt” mövzusunda təlim keçirilib.

Təlimdə Elçin Əzimli beynəlxalq iş prinsipləri və təcrübəsi, iş həyatında intellektin vacibliyi, İQ və EQ arasındakı fərq, özünüdərketmə metodlarının öyrənilməsindən danışıb, peşəkar fəaliyyətində inkişaf etmək istəyən gənclər üçün məsləhətlərini bölüşüb.