24 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Protokol sektorunun müdiri Məhəmmədəli Xudaverdiyevin təqdimatında “Etiket” mövzusunda “GəncLİK” proqramının növbəti təlimi baş tutub. Təlim zamanı gənc liderlər protokol, diplomatik və işgüzar etiket haqqında məlumatlandırılıb, həmçinin praktiki biliklərin aşılanması istiqamətində simulyasiyada iştirak ediblər.