14 iyul tarixində “GəncLİK” proqramının iştirakçılarının layihə təşkilatçıları ilə görüşü keçirilmişdir. Görüş zamanı gənc liderlərin proqramın növbəti mərhələlərində fəaliyyətlərinin pandemiya dövrünün tələblərinə uyğun şəkildə davam etdirilməsi ilə bağlı məqamlar müzakirə olunub, onların qrup şəklində ideyalarının reallaşdırılması üçün lazimi dəstəyin göstəriləcəyi qeyd olunub.
Görüşdə cəbhədəki vəziyyət də müzakirə edilib və şəhidlərin əziz xatirəsi yad edilib. Gənclər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, təxribatlarını təkcə cəbhə xəttində deyil, həm də sosial şəbəkələr vasitəsi ilə həyata keçirməyə çalışan düşmənə layiqli cavabın verilməsində daha fəal olmağa çağrılıb.