“GəncLİK” proqramının iştirakçısı Fərhad Baxışov 25 sentyabr 2020-ci il tarixində fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyində direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019-cu il tarixində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation nəzdində fəaliyyət göstərməyə başlayıb, hazırda respublikanın 30 şəhər və rayonunda nümayəndəliyi mövcuddur. Mərkəzin məqsədi gənclərin fərdi və sosial inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdan ibarətdir.
Gənc liderimizə fəaliyyətində uğurlar arzu edirik!😊
Gələcəyə #gəncLİK-dən başla!