17 dekabr 2019-cu il tarixində “166 Yük Daşıma və Logistika” şirkətinin icraçı direktoru Rəşad İbrahimovun təqdimatında “Layihə menecmenti və liderlik” mövzusunda təlim keçirilib.

Rəşad İbrahimov iqtisadi idarəetmənin prinsipləri, uğurlu şirkətlərin sirləri, böyük şirkətlərin yüksəliş və çöküş səbəbləri, sahibkar və işçi münasibətləri kimi məsələləri gənc liderlərin diqqətinə çatdırıb. Sonda isə təlim komanda quruculuğuna dair təşkil olunan kiçik oyun ilə yekunlaşıb.