Gənc Liderlər üçün “Cabana Eğitim ve Danışmanlık” şirkətinin direktoru, Boğaziçi Universitetinin müəllimi Dr. Soner Şahandan daha bir öyrədici və pozitiv təlim!
Təlimdə komandanın idarə edilməsi üzrə vərdişlərin artırılması və bunun nəticəsində səmərəliliyin yüksəlməsinə nail olmaq prinsipləri müzakirə olunub. Həmçinin Dr. Soner Şahan tərəfindən gənc liderlərə lider və menecer üçün tələb olunan bacarıq və keyfiyyətlər, işçi heyətinin idarə edilməsi, qərarların qəbulu və s. kimi xüsusiyyətlərin inkişaf etdirilməsi yolları göstərilib.