22 oktyabr 2019-cu il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzində “GəncLİK” proqramının növbəti təlimi baş tutub. “Cabana Eğitim ve Danışmanlık” şirkətinin direktoru, Boğaziçi Universitetinin müəllimi Dr. Soner Şahanın təqdimatında “Liderlik və menecment” mövzusunda keçirilən təlim maraqlı müzakirələrlə yadda qalıb. Təlim zamanı gənc liderlər strategiya nədir?, planlama, idarəetmə və liderlik ilə bağlı biliklərini artırıblar.