19 noyabr 2019-cu il tarixində gənc liderlərin maliyyə sahəsində biliklərinin artırılmasına yönəldilən “Maliyyə savadlılığı” mövzusunda təlim keçirilib. Təlimdə ölkənin ən böyük mühasibat uçotu üzrə xidmət şirkəti “Professional Support Center”-in direktoru Haşım Əliyev ölkənin ümumi iqtisadi inkişafında maliyyə savadlığının vacibliyini vurğulayıb, maliyyə servisləri və məsuliyyətli kreditləşmə və s. haqqında danışıb. Daha sonra gənc liderləri maraqlandıran suallar cavablandırılıb.