21 noyabr 2019-cu il tarixində “Libraff” kitab mağazaları şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu gənc liderlərdə natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı “Natiqlik” mövzusunda təlim keçmişdir.
Təlim zamanı o, natiqlik sənətinin incəlikləri, karyeranın artırılmasında natiqliyin rolu barədə danışıb, anlaşıqlı və təsirli nitqdə jest, mimika və bədən hərəkətlərinin istifadəsi ilə bağlı vacib nüansları vurğulayıb.