26 dekabr 2019-cu il tarixində ASAN Radionun direktoru Emin Musəvi gənc liderlərlə bir araya gəlib.
Emin Musəvi ilk öncə gənc liderləri ASAN Radionun faəliyyəti ilə tanış edib. Radionun göstərdiyi xidmətlər, yeniliklər və layihələri barədə ətraflı məlumatlandırıb, radio aparıcılığının sirlərindən söz açıb.
Daha sonra “Peşəkar imic” mövzusunda təlim keçən Emin Musəvi peşəkar imicin xüsusiyyətləri, əhəmiyyəti, insanın özünə olan inamında onun təsirləri barədə danışıb. Həmçinin işində peşəkar, yüksək motivasiyalı mütəxəssis olmaq istəyən gənclərlə öz təcrübələrini bölüşüb, uğurlu nəticə əldə etmək üçün hər kəsin öz peşəsində məsuliyyətlə çalışmalı olduğunu vurğulayıb.
Gələcəyə #gəncLİK-dən başla!