31 oktyabr 2019-cu il tarixində GəncLİK proqramının növbəti təlimi baş tutub. “Rəqəmsallaşma və innovasiya” mövzusunda keçirilən təlim İnnoland İnkubasiya və Akselerasiya mərkəzinin direktoru Məmməd Kərim tərəfindən təqdim olundu. O, gənc liderlərə rəqəmsallaşmanın cəmiyyətə təsiri, rəqəmsallaşma sahəsində startap layihələrin hazırlanması və düzgün investorların cəlb olunması barədə danışıb.