07 noyabr 2019-cu il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzində gənc liderlərin növbəti təlim baş tutub. Təlim “Rəqəmsallaşma və innovasiya” mövzusunda Elektron Hökümətin İnkişafı Mərkəzinin Data mühəndisliyi şöbəsinin müdiri Toğrul Cəfərov tərəfindən keçirilib. Gənc liderlər bu dəfə Data Science-in müsbət və mənfi cəhətləri, müasir dövr üçün təsirləri və vacibliyi, SQL-ə olan bugünkü tələbat və s. barədə öyrəniblər.