29 oktyabr 2019-cu il tarixində İnnoland İnkubasiya və Akselerasiya Mərkəzində gənc liderlərin bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində növbəti təlim baş tutub. Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun təqdimatında keçirilən “Strateji idarəetmə” adlı təlimdə gənc liderlər EHİM-nin fəaliyyəti, strateji idarəetmənin vətəndaşlara xidmət prosesində tətbiqi və s. barədə məlumatlandırılıblar.