22 fevral 2020-ci il tarixində Təhsil nazirinin müavini Firudin Qurbanov gənc liderlər ilə görüşüb. Görüş zamanı nazir müavini Azərbaycanda gənclərin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, təhsil sahəsində əsası ümummilli lider tərəfindən qoyulmuş islahatların bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, təhsilin inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Ölkəmizdə istedadlı gənclər üçün yaradılan imkanlardan və ölkə başçısının müvafiq Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsindən bəhs edən Firudin Qurbanov gənclərin müasir çağırışlara, innovasiyalar, rəqəmsal texnologiyalar, suni intellektin inkişafına hazır olmalarını, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməli olduqlarını bildirib. Gəncləri maraqlandıran sualları cavablandırdıqdan sonra Firudin Qurbanov onlarla xatirə şəkli çəkdirib.