26 oktyabr 2019-cu il tarixində gənc liderlər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşüblər.
Görüş zamanı Vəkillər Kollegiyasının sədri son 2 il ərzində Azərbaycan vəkilliyində aparılan islahatlar, həmin islahatların reallığa qovuşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş vəkilliyin inkişafı haqqında Sərəncamın əhəmiyyəti və aidiyyati digər dövləti əhəmiyyətli sənədlər, ölkə üzrə vəkillərin sayının artım dinamikası, habelə bu artımda gənc hüquqşünasların payı, insan hüquqlarının peşəkar və səmərəli müdafiəsində vəkilliyin müstəsna rolu barədə fikirlərini bölüşmüş, proqram iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.