Brayan Treysi – Məqsədlər
Şəxsi inkişaf üzrə dünyanın ən nüfuzlu trenerlərindən və ən çox satılan müəlliflərindən biri olan Brayan Treysinin, minlərlə uğurlu və həmçinin uğursuz insanlar arasında aparılmış araşdırmaların nəticələrinə və əsrlərin sınağından keçmiş prinsiplərə əsaslanan praktiki məsləhətlərlə zəngin “Məqsədlər” kitabı oxucuya qısa müddətdə istənilən məqsədə nail olmaq imkanı yaradan bir kitabdır.
Bu kitabda verilən sınaqdan keçmiş və son dərəcə praktiki olan məsləhətlərə əməl etməklə siz çox qısa müddətdə düşündüyünüzdən daha artıq nailiyyət əldə edəcəksiniz. İrəliləyiş sürətiniz sizi və ətrafınızdakı insanları təəccübləndirəcək.