TƏCRÜBƏ KOMPONENTİ
Təlim proqramını yekunlaşdıqdan sonra gənc liderlər profilə uyğun olaraq dövlət qurumları, aparıcı şirkətlər və beynəlxalq təşkilatlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübənin əsas məqsədi liderlik məktəbinin məzunlarının gələcək fəaliyyətlərində təcrübəli, tam təkmilləşmiş, potensiallı kadr kimi formalaşmasıdır.
İştirakçılar təlim proqramında nəzərdə tutulmuş biliklərə yiyələndikcə müasir informasiya cəmiyyətində lazım olan məlumatı axtarmaq, seçmək, təhlil etmək, yeni informasiya yaratmaq, əsasda mövqe formalaşdırmaq, qərar qəbul etmək, qərarı həyata keçirmək kimi səriştələrə yiyələnmiş olacaqlar.