TƏLİM və tədrİS

Proqram müddətində ümumi bilik və bacarıqlar, ixtisaslaşmış sahələr üzrə təlimlər keçiriləcəkdir. Qeyd olunan bütün təlim komponentləri iştirakçının şəxsi inkişafının və liderlik qabiliyyətinin artırılması məqsədilə keçirilir.

Proqramın məqsəd və hədəflərinə çatması üçün 2 əsas model müəyyən edilib: təlim və təcrübə. Nəzərdə tutulan təlim və seminarlarda iştirak edən proqram iştirakçıları fərdi şəkildə təkmilləşməklə yanaşı gələcəkdə karyera quruculuğu sahəsində də önəmli addım atmış olacaqlar.

Proqram çərçivəsində təlimlərin həftədə 2 dəfə keçirilməsi planlaşdırılıb. Təlimlərin həftəiçi iş saatlarından sonra keçirilməsi nəzərdə tutulub.

Təlim prosesi aşağıdakı hissələrdən ibarətdir:

ÜMUMİ BİLİK VƏ BACARIQLAR

1. Komanda quruculuğu

2. Emosional zəka

  • Özünü dərketmə
  • Öz emosiyalarını idarəetmə
  • Empatiya
  • Sosial bacarıqlar
  • Motivasiya
  • SWOT təhlil

 

3. Liderlik və menecment

  • Liderlik nədir?
  • Liderin menecerdən fərqi
  • Liderlik bacarıqları
  • Liderlik stilləri
  • Qərarların qəbul edilməsi
  • Vaxtın idarəolunması

 

4. Natiqlik bacarıqlarının inkişaf etdirilməsi

  • Diksiya dərsləri
  • Milli və dünya liderlərin natiqlik bacarıqları üzərində case-study
  • Small-talkların aparılma qaydaları
  • Çıxışların yazılmasına dair məsləhətlər
  • Təqdimat bacarıqlarının inkişaf etdirilməsi
  • Bədən dili

5. Etiket

  • İşgüzar etiket
  • Protokol etiketi
  • Diplomatik etiket
  • Masa etiketi

 

6. Fərdi imic

  • İmic nədir?
  • İmicmeykerlər tərəfindən dünya siyasətçilərin üzərində etdiyi dəyişikliklər haqqında case-study
  • Siyasətçilərin imici haqqında analizlərin edilməsi
  • Şəxsi brendin formalaşdırılması və özünü təqdimat

 

7. Böhranın idarəolunması

  • Uğursuz layihə, siyasət və bizneslər üzərində case-studylərin keçirilməsi
  • Həmin böhranın iştirakçılar tərəfindən idarəolunması üçün simulasiyaların keçirilməsi
  • Böhranın idarəedilməsi nəzəriyyəsinə giriş

* Mövzular üzrə testlərin keçirilməsi, iştirakçılar tərəfindən təlim hədəflərinin müəyyən olunması və təlimdən sonra həmin hədəflərə nə dərəcədə nail olunduğunun təhlilinin aparılması nəzərdə tutulur.

İXTİSASLAŞMIŞ TƏLİMLƏR

1. Maliyyə savadlılığı

  • Şəxsi maliyyənin idarəolunması
  • Maliyyə vəsaitlərinin cəlb olunması
  • Maliyyə vəsaitlərinin bölüşdürülməsi
  • Maliyyə təhlillərinin aparılması

2. Layihələrin idarəolunması

  • Layihilərin hazırlanması
  • Layihələrin icrası
  • Layihələrin nəzarət olunması və hesabatçılıq

 3. Marketing

  • Rəqəmsal marketingSMM
  • Bloqqing və Vloqqinq
  • İctimaiyyətlə əlaqələr və media ilə iş

 4. Rəqəmsallaşma və innovasiya

  • Rəqəmsal və innovasiya trendlər
  • Big data
  • İnnovasiya və liderlik

5. IT kursları

  • Excel
  • Word
  • Powerpoint
  • Email və e-təqvim

GÖRÜŞLƏR BLOKU

  • Azərbaycan Respublikasının xarici siyasəti
  • Azərbaycan Respublikasının gənclər siyasəti
  • İnnovativ inkişaf
  • Heydər Əliyev irsi və Azərbaycançılıq məfkurəsi
  • Milli Məclisin funksiyası və qanunvericilik fəaliyyəti
  • Azərbaycanının məhkəmə sistemi
  • İnsan hüquqları
  • Azərbaycanda Kənd Təsərrüfatının inkişafı 
  • Hüquq-mühafizə sistemi
  • Azərbaycanın turizm siyasəti
  • Azərbaycanın ASAN modeli
  • Hüquq-mühafizə sistemi
  • Dini qurumlar və konfessiyalarla əlaqələr
  • Gender bərabərliyi
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Neft və investisiya siyasəti
  • Əmək və sosial siyasət
  • Beynəlxalq enerji və infrastruktur layihələri
  • Qarabağ münaqişəsi
  • Azərbaycanın mədəni irsi
  • Azərbaycanda təhsil siyasəti
  • Azərbaycanda İKT inkişafı sahəsində dövlət siyasət
  • Azərbaycanda kiçik və orta biznesin inkişafı sahəsində siyasət
  • Azərbaycanda korrupsiya ilə mübarizə
  • Tolerantlıq və Multikulturalizm
  • Beynəlxalq nəqliyyat dəhlizləri
  • Azərbaycanda neft hasilatı
  • Azərbaycanda kosmik sənayənin inkişafı
  • İkinci Qarabağ Müharibəsi və Azərbaycan Ordusu
  • İKT