Gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth FoundationVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2019-cu ildən etibarən təşkil olunan “GəncLİK” (Liderlərin İnkişafı Konsepsiyası) proqramının bağlanış mərasimi baş tutub.
Proqramda iştirak üçün müraciət edən 1000-dən artıq namizəd arasından seçilən 30 gənc lider layihə müddəti çərçivəsində “Komanda quruculuğu”, “Liderlik və menecment”, “Strateji idarəetmə”, “Rəqəmsallaşma və innovasiya”, “Gənclər siyasəti” mövzuları olmaqla, ümumilikdə 18 mövzuda yerli və xarici mütəxəssislərlə 3 aylıq təlimlərə cəlb olunub, dövlət qurumlarının və özəl qurumların rəhbər şəxsləri ilə görüşlərdə olub, müxtəlif səfərlərdə iştirak ediblər. Proqram çərçivəsində gənc liderlərin karyera yüksəlişi təşviq olunub.
Məzunlarımızın hər birinə qarşıdakı fəaliyyətlərində uğurlar arzu edirik❣️
Gələcəyə #GəncLİK|dən başla!